Şirniyyat

Ekler pirojnası. Asan resept

Sizə ən dadlı pirojnalardan biri olan ekler pirojnalarının çox sadə reseptini təqdim edirik.

Tərkib:

Xəmir:

- 250 qr su

- 100 qr kərə yağı

- 180 qr un

- 4 yumurta

- yarım ç.q. duz

Krem:

- 200 qr kərə yağı

- 1 banka qatılaşdırılmış süd ("squşonka")

- 1 paket vanilin. (İstənilən kremdən istifadə etmək olar.)

Hazırlanması:

1. Suyu qaynadın, yağ və duz əlavə edin, qaynamağa başlayanda ələnmiş un əlavə edin, yaxşı qarışdırın, 2 dəqiqə ərzində bişirin.

2. Kütləni bir qədər soyudun, bir-bir yumurtaları əlavə edin, hər dəfə yaxşı qarışdırın.

3. Formaya perqament kağızı sərin. Xəmiri təxminən 10 sm uzunluqda olan borucuqlar şəklində qaşıq və ya xüsusi şprisin köməyi ilə formaya düzün.  

4. Sobanı qabaqcadan 180 C qədər qızdırın, pirojnaları təxminən 35-40 dəqiqə bişirin (hazırlnma zamanı sobann qapısını açmayın).

5. Krem: yumşaq kərə yağı mikserlə yaxşı çalınır, hissə-hissə "squşonka", vanilin əlavə olunur, çalınır.

6. Hazır pirojnalara şprisin köməyi ilə krem doldurun.

7. Pirojnaların üzərini əridilmiş şokoladla bəzəmək olar.

Nuş olsun!

Evdarliq.Az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика