Alma ilə ətirli OLADİ

Alma ilə oladi çox dadlı alınır. Xəmirə darçın əlavə etmək olar. Bu halda oladi daha da ətirli olur.

Darçın xoşlamırsınızsa, vanil əlavə edə bilərsiniz.

Tərkib:

-  1 stəkan qatıq

- 1,5 stəkan (1 stəkan + yarım stəkan) un

- 1 çimdik duz

- yarım ç.q. darçın

- yarım ç.q. soda

- 1 orta ölçüdə alma

- 4 x.q. şəkər tozu

Hazırlanması:

1. Qatığı şəkər tozu ilə çalın, soda əlavə edin, qarışdırın.

2. Hissə-hissə ələnmiş un əlavə edin, mikserlə yaxşı qarışdırın.

3. Almanı soyun, kiçik tikələrə doğrayın (sürtgəcdən keçirmək olmaz), xəmirə əlavə edin.

4. Darçın əlavə edin, xəmiri yaxşı qarışdırın.

5. Tavanı yaxşı qızdırın, bitki yağı tökün, qızdırın, xəmirdən qaşıqla götürüb tavaya qoyun, oladiləri hər iki tərəfdən qızardın.

Nuş olsun!

Evdarliq.Az