Əncir və qozla çox dadlı piroq

Dadlı ətirli əsl yay piroqu.

Tərkib:

- 6-8 tam yetişmiş əncir

- 1 stəkan un

- yarım stəkan şəkər tozu

- 150 qr kərə yağı

- 2 yumurta

- yarım stəkan qoz (fındıq, badam istifadə edə bilərsiniz)

- 1 ç.q. qabartma tozu

- 1 çimdik duz

- 1 paket vanilli şəkər tozu

Hazırlanması:

1. Yumşaq kərə yağı şəkər tozu ilə çalınır, bir-bir yumurta əlavə olunur, çalınır.

2. Qoz xırda doğranılır, kütləyə əlavə olunur, qarışdırılır.

3. Ələnmiş un, qabartma tozu, duz, vanilin əlavə edin, yaxşı qarışdırın.

4. Xəmiri plyonkaya bükün, yarım saat soyuducuda saxlayın.

5. Ənciri yuyun, halqalar şəklində doğrayın.

6. Formaya perqament sərin, xəmir qoyun, hamarlayın, üzərinə əncir düzün.

7. Piroqu qabaqcadan 180 C qədər qızdırılmış sobada təxminən 40 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Evdarliq.Az


Загрузка...
. .