Qozlu şokoladlı keks

Çox dadlı, yumşaq və asan hazırlanan şokoladlı keks.

Tərkib:

- 160 qr kərə yağı

- 100 qr şəkər tozu

- 4 yumurta

- 160 qr un

- 50 qr nişasta

- 1,5 ç.q. qabartma tozu

- 3 x.q. kakao-toz

- yarım stəkan qoz və ya fındıq

- 1 çimdik duz.

Qlazur üçün:

- 100 qr şokolad + 20 qr kərə yağı

Hazırlanması:

1. Qozu xırdalayın.

2. Yumşaq kərə yağı şəkər tozu ilə qaşıqla qarışdırın.

3. Yumurta sarısını bir-bir kütləyə əlavə edin, hər dəfə mikserlə yaxşı qarışdırın.

4. Ələnmiş un, qabartma tozu və nişastanı əlavə edin, yaxşı qarışdırın.

5. Kakao-toz və qoz əlavə edin, qarışdırın.

6. Yumurta ağını ayrı qabda mikserlə yaxşı çalın, qaşıqla xəmirə əlavə edin, ehtiyatla qarışdırın.

7. Formaya perqament kağızı sərin, xəmiri qoyun, ehtiyatla hamarlayın.

8. Sobanı qabaqcadan 180-200 C qədər qızdırın və 30-35 dəqiqə ərzində bişirin. Hazır olub-olmadığını diş çöpü ilə yoxlayın.

9. Qlazur hazırlayın. Şokoladı su hamamında əridin, kərə yağı əlavə edin, yaxşı qarışdırın.

10. Qlazuru keksin üzərinə tökün, qozla bəzəyin.

Nuş olsun!

Evdarliq.Az


.
.
Загрузка...