Albalı ilə şokoladlı mannik

Çox dadlı, zərif və tez hazırlanan piroq.

Tərkib:

- 1 stəkan manna yarması

- 1 stəkan qatıq (turş olmamalıdır)

- 1 stəkan şəkər tozu

- 1 stəkan un

- 100 qr kərə yağı

- 3 x.q. kakao-toz

- 1,5 (1 dolu + 1 yarım) ç.q. qabartma tozu

- 2 stəkan çəyirdəksiz albalı

Hazırlanması:

1. Manna yarmasının üzərinə qatıq tökün, 30 dəqiqə saxlayın.

2. Ərinmiş yağ, şəkər tozu, kakao-toz əlavə edin, qarışdırın.

3. Unu qabartma tozu ilə birlikdə ələyin, kütləyə əlavə edin, qarışdırın.

4. Albalı əlavə edin, yaxşı qarışdırın.

5. Formaya yağ çəkin, bir az manna səpin, xəmir qoyun.

6. Sobanı qabaqcadan 200 C qədər qızdırın, piroqu 35-45 dəqiqə ərzində bişirin. Piroqun hazır olub-olmadığını yoxlamaq üçün ona diş çöpü batırın - xəmir yapışmırsa, piroq hazırdır.

7. Piroq soyuyanda üzərinə pudra səpin və albalı ilə bəzəyin.

Nuş olsun!

Evdarlıq.Az



 

 

.