Dadlı və ətirli qozlu piroq çox asan hazırlanır.
Tərkib:
- 100 qr kərə yağı
- 100 qr şəkər tozu
- 3 yumurta
- 100 qr qatı xama
- 1 ç.q. soda
- 1 ç.q. qabartma tozu
- 1 çimdik duz
- 1 paket vanilin
- 250 qr un
Üzərinə tökmək üçün:
- 1 stəkan qoz
- 100 qr şəkər tozu
- 1 ç.q. darçın
- 50 qr kərə yağı
Hazırlanması:
1. İçlik: qozu xırdalayın, darçın və şəkər tozu ilə qarışdırın.
2. Xəmir: yumşaq kərə yağı şəkər tozu ilə yaxşı çalın, bir-bir yumurta əlavə olunur, çalın.
3. Xamaya soda əlavə edin, yaxşı qarışdırın, 3-5 dəqiqə saxlayın.
4. Xamanı yağlı-yumurtalı kütləyə əlavə edin, qarışdırın.
5. Unu qabartma tozu ilə birlikdə ələyin, kütləyə əlavə edin, vanilin, duz əlavə edin, qarışdırın.
6. Soyuducudan 50 qr kərə yağı çıxardın, sürtgəcdən keçirin, içliyə əlavə edin, ovuşdurun.
7. Sobanı qabaqcadan 180 C qədər qızdırın, formaya perqament sərin, xəmir qoyun, hamarlayın, üzərinə içlik tökün, hamarlayın.
8. Piroqu 30-35 dəqiqə ərzində bişirin.
Nuş olsun!
Evdarliq.Az