Qozlu halqalar. Dadlı ovulan peçenye

Tez və asan hazırlanan çox dadlı peçenyedir. Üzərinə xırdalanmış qoz, araxıs, fındıq və s. səpə bilərsiniz.

Tərkib:

- 2 stəkan un

- 200 qr kərə yağı

- yarım stəkan şəkər tozu

- 1 ç.q. soda

- yarım x.q. sirkə

- 1 stəkan şəkər tozu, 1 stəkan qoz (üzərinə səpmək üçün)

Hazırlanması:

1. Unu kərə yağı ilə yaxşı ovuşdurun, şəkər tozu əlavə edin, yaxşı qarışdırın.

2. Sodanı sirkə ilə söndürün, xəmirə əlavə edin, xəmir yoğurun.

3. Xəmiri plyonkaya bükün, 40 dəqiqə soyuducuda saxlayın.

4. Qozu xırdalayın, şəkər tozu ilə qarışdırın.

5. Xəmiri 1 sm qalınlığında yayın, dairələr şəklində kəsin. Keks üçün formadan istifadə edə bilərsiniz, ortasında olan deşiyi plastik butulkadan olan kiçik qapaqla kəsin.

6. Halqanın üzərinə qoz tökün.

7. Formaya bitki yağı çəkin, üzərinə peçenye düzün.

8. Sobanı qabaqcadan 200-220 C qədər qızdırın, peçenyeləri təxminən 30 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Evdarliq.Az



 

 

.