Tavada ÇİYƏLƏKLİ TORT

Tərkib:

Xəmir üçün - 300 qr kərə yağı

- 4 x.q. bal

- 1 çimdik duz

- 1 yumurta

- 1 x.q. alma və ya üzüm sirkəsi

- 3-3,5 stəkan un

- 150 qr şəkər tozu

Krem üçün:

- 250 qr kərə yağı

- 1 banka qatılaşdırılmış süd ("squşonka")

- 800 qr çiyələk

- 1 paket vanilin

Hazırlanması:

1. Yumşaq kərə yağı şəkər tozu ilə çalınır.

2. Bal, yumurta, duz, sirkə əlavə olunur, yaxşı qarışdırılır.

3. Hissə-hissə ələnmiş un əlavə olunur, xəmir yoğrulur. Xəmir elastik olmalıdır və əllərə yapışmamalıdır.

4. Xəmiri 10 hissəyə bölürük, nazik yayırıq və quru tavada hər iki tərəfdən qızardırıq. Qabarcıqlar əmələ gəldikdə onları çəngəllə deşin.

5. Krem hazırlayırıq. Yumşaq kərə yağı qatılaşdırılmış südlə mikserlə yaxşı çalınır. Çiyələk təmizlənir, yuyulur, blenderdə əzilir. Kremə əlavə olunur, yenə mikserlə yaxşı çalınır.

6. Tortun qorjlarına krem çəkirik, üst-üstə yığırıq, böyürlərə krem çəkirik. Tortun üzərini zövqümüzə görə bəzəyirik və masaya verdikdən əvvəl soyuducuda 6 saat saxlayırıq.

Nuş olsun!

Evdarliq.Az