Tərkib: - 2 x.q. bitki yağı
- 1 paket vanilli şəkər tozu
- 70 qr xama
- 1 yumurta sarısı
- 80 qr şəkər tozu
- 1 ç.q. qabartma tozu
- 1 1/2 stəkan un (bir yarım stəkan)
Hazırlanması:
1. Un qabartma tozu ilə ələnir.
2. Xama, bitki yağı, yumurta sarısı, vanilli şəkər tozu və şəkər tozu ayrı qabda yaxşı çalınır.
3. Unu xamalı kütləyə hissə-hissə əlavə edin, xəmir yoğurun. Xəmir əllərə yapışmamalıdır.
4. Xəmiri 2 hissəyə bölün, kolbasa şəklinə salın.
5. "Kolbasa"nı 1 sm qalınlıqda olan tikələrə doğrayın və quru "tefal" tavasında vam odda qızılı rəng alana qədər hər iki tərəfdən qızardın.
6. Soyuyanda üzərinə pudra səpmək olar.
Nuş olsun!
Evdarliq.Az