30 dəqiqəyə hazır olan KOKOSLU-ŞOKOLADLI peçenye

Tərkib:

- 125 qr kərə yağı

- 150 qr şəkər pudrası

- 1 yumurta

- 250-300 qr un

- 80 qr kokos yonqarı

- 100 qr şokolad

- 1 ç.q. qabartma tozu

- 1 paket vanilin

Hazırlanması:

1. Yumşaq kərə yağı pudra ilə mikserlə çalınır, yumurta əlavə olunur, yenə çalınır.

2. Kokos yonqarı, ələnmiş un (hissə-hissə), qabartma tozu, vanilin əlavə olunur.

3. Şokolad xırda doğranılır, kütləyə əlavə olunur, yaxşı qarışdırılır.

4. Xəmirdən kiçik tikələri kəsib peçenye formasına (yumru, uzunsov) salırıq və perqament sərilmiş tavanın üzərinə düzürük.

5. Sobanı qabaqcadan 180 C qədər qızdırırıq və peçenyeni 10-15 dəqiqə ərzində bişiririk.

Nuş olsun!

Evdarliq.Az


.