Şokolad və albalı ilə ağızda əriyən peçenye

Tərkib:

- 500 qr un

- 250 qr kərə yağı

- 1 paket qabartma tozu

- 2 yumurta

- 150 qr şəkər tozu

- 200 qr albalı

- 200 qr ağ şokolad

Hazırlanması:

1. Şəkər tozu, yumurta, ələnmiş un, qabartma tozu və yumşaq kərə yağından xəmir yoğrulur.

2. Xəmir kolbasa şəklinə salınır, plyonkaya bükülür və soyuducuda 2 saat ərzində saxlanılır.

3. Albalı yuyulur, çəyirdəkləri çıxarılır.

4. Şokolad xırda tikələrə doğranılır, albalı ilə qarışdırılır.

5. Xəmiri 1,5 sm enində tikələrə doğrayın.

6. Xəmir tikələrini yastıladın, ortasına içlik qoyun və kürəciklər formasına salın.

7. Sobanı qabaqcadan 180 C qədər qızdırın, peçenyeni təxminən 15 dəqiqə ərzində bişirin.

8. Peçenye soyuyanda üzərini şokoladlı qlazurla bəzəyə bilərsiniz.

Nuş olsun!

Mənbə: edimdoma.ru

Tərcümə: Evdarliq.Az


.