Amerika sayağı ponçiklər

Tərkib:

- 2 ədəd yumurta

- 2,5 stəkan un

- 2 ç.q. quru maya

- 1 stəkan süd

- 1/2 stəkan şəkər tozu

- 1 çimdik duz

- 50 qr kərə yağı

- Qlazur üçün: 150 qr şokolad + 20 qr kərə yağı

Hazırlanması:

1. Yumurta mikserlə çalınır, süd, maya, şəkər tozu, duz əlavə olunur, qarışdırılır.

2. Kərə yağı əridilir, kütləyə əlavə olunur, hissə-hissə un əlavə olunur, xəmir yoğrulur.

3. Xəmirin üzərini plyonka ilə örtün, 40 dəqiqə isti yerdə saxlayın.

4. Xəmiri yoğurun, ponçik şəklinə salın, 15 dəqiqə saxlayın.

5. Ponçikləri bitki yağında qızardın.

6. Qlazur: Şokoladı su hamamında əridin, kərə yağı əlavə edin, qarışdırın.

7. Hazır ponçikləri şokolada salın. Üzərinə xırdalanmış qoz, kokos yonqarı səpin.

Nuş olsun!

Evdarliq.Az


.
.
Загрузка...