Şirniyyat

Sadə albalı piroqu

Çox zərif və yumşaq piroq alınır.

Tərkib:

- 2 stəkan un

- 1 stəkan şəkər tozu

- 2 ç.q. qabartma tozu

- 1 stəkan qatıq

- 2 x.q. bitki yağı

- 1/2 kq albalı (çəyirdəksiz)

- 1/2 stəkan şəkər tozu (albalı üçün)

Hazırlanması:

1. Ələnmiş un, şəkər tozu, qatıq, bitki yağı, qabartma tozu mikserlə yaxşı qarışdırılır.

2. Xəmir yağ çəkilmiş formaya tökülür.

3. Ayrı qabda albalının üzərinə 1/2 stəkan şəkər tozu tökülür, qarışdırılır.

4. Albalı xəmirin üzərinə qoyulur.

5. Sobanı qabaqcadan 200 C qədər qızdırın, piroqu 30-35 dəqiqə ərzində bişirin.

6. Piroq soyuyandan sonra üzərinə şəkər pudrasını səpin. 

Nuş olsun!

Evdarliq.Az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика