Tez hazırlanan kəsmikli-şokoladlı piroq

Tərkib:

Xəmir:

- 2 stəkan un

- 250 qr kərə  yağı

- 4 x.q. kakao-toz

- 1 stəkan şəkər tozu (xəmir üçün)

İçlik:

- 150 qr şəkər tozu

- 500 qr kəsmik

- 2 paket vanilin

- 4 yumurta

- 200 qr xama

- 2 x.q. nişasta

Hazırlanması:

1. Şəkər tozu yumşaq kərə yağı ilə çalınır, kakao əlavə olunur, yenə çalınır

2. Un əlavə olunur, barmaqlarla yaxşı ovulur.

3. İçlik üçün lazım olan məhsullar blenderdə çalınır. Həmcins kütlə alınmalıdır.

4. Formaya xəmirin 1/2 hissəsini tökürük, üzərinə içlik qoyilur, üzərinə xəmirin qalmış hissəsi tökülür.

5. Sobanı qabaqcadan 170 C qədər qızdırın, təxminən 1 saat ərzində bişirin.

Nuş olsun!

Evdarliq.Az


Загрузка...
..