Sadə şokoladlı-qozlu keks

Tərkib:

- 250 qr kərə yağı

- 1,5 stəkan şəkər tozu

- 5 yumurta

- 100 qr qoz

- 1 ç.q. darçın

- 2 x.q. kakao-toz

- 1 stəkan qəhvə (ilıq)

- 2,5 st. un

- 1 x.q. qabartma tozu

Hazırlanması:

1. Yumşaq kərə yağı şəkər tozu ilə mikserlə çalınır.

2. Bir-bir yumurta, xırdalanmış qoz, kakao-toz, qəhvə əlavə olunur, çalınır.

3. Un qabartma tozu ilə birlikdə ələnir, kütləyə əlavə olunur, yaxşı qarışdırılır.

4. Formaya kərə yağı çəkin, un səpin, xəmir qoyun.

5. Sobanı qabaqcadan 180 C qədər qızdırın, keksi təxminən 50 dəqiqə ərzində bişirin.

6. Keks soyuyanda üzərinə şəkər pudrası səpmək olar.

Nuş olsun!

Evdarliq.Az


.