Bananlı ponçikləri Bali adasının sakinləri bişirirlər.
Onları süfrəyə isti-isti, üzərinə şokolad sousu çəkib kokos yonqarı səpərək və vanilli dondurma ilə vermək olar.
Tərkibi
- 2 həddən çox yetişmiş banan
- 4 x.q. qəhvəyi şəkər tozu (adi şəkər tozundan da istifadə etmək olar)
- 90 q un
- 1 x.q. nişasta
- bitki yağı (qızartmaq üçün)
- şokoladlı sous
- kokos yonqarı
Hazırlanması:
1. Bananları blenderdə püre halına salın. Şəkər tozu, un, nişasta əlavə edib yaxşıca qarışdırın.
2. Yağı dərin balaca qazanda qızdırın. İki çay qaşığının köməyilə xəmirdən götürüb qaynar yağa salıb hər tərəfini qızardın.
3. Yağının çəkməsi üçün kağız salfetin üzərinə düzün.
4. Süfrəyə isti-isti verin. Üzərinə şokolad sousu gəzdirin, kokos yonqarı səpin. Çox ləzzətli olur!
Nuş olsun!
Milli.az