Tərkib:
- 250 qr kərə yağı
- 1 stəkan şəkər tozu
- 2-2,5 stəkan un
- 20-25 ədəd ərik
Hazırlanması:
1. Kərə yağını şəkər tozu ilə mikserlə çalırıq.
2. Hissə-hissə ələnmiş un əlavə edirik, xəmir yoğururuq, 30 dəqiqə ərzində soyuducuda saxlayırıq.
3. Əriklərin çəyirdəklərini çıxardırıq, 2 və ya 4 hissəyə bölürük (əriyin ölçüsündən asılıdır).
4. Xəmiri 5 mm qalınlıqda yayırıq, stəkanla dairələr kəsirik, ortasına əriyi qoyuruq, qıraqları şəkildə göstərildiyi kimi bərkidirik.
5. Tavaya perqament kağızı səririk, peçenyeləri düzürük.
6. Sobanı qabaqcadan 200 C qədər qızdırırıq, peçenyeni təxminən 15 dəqiqə ərzində bişiririk.
7. Peçenye soyuyandan sonra üzərinə şəkər pudrası səpirik.
Nuş olsun!
Mənbə: vkusnyblog.ru