Şaftalı ilə zərif kəsmikli piroq

Tərkib:

Xəmir:

- 1 stəkan un

- 100 qr kərə yağı

- 1/2 stəkan şəkər tozu

- 1 yumurta

- 1 ç.q. qabartma tozu

İçik:

- 400 qr kəsmik

- 200 qr xama

- 1 stəkan şəkər tozu

- 2 yumurta

- 2 x.q. nişasta

- 1 paket vanilli şəkər tozu

- 1/2 limonun şirəsi

- 500 qr şaftalı (təzə və ya konservləşdirilmiş istifadə oluna bilər). Şaftalı yoxdursa, istənilən meyvə və ya giləmeyvədən istifadə edə bilərsiniz.

Hazırlanması:

1. Yumşaq kərə yağı şəkər tozu ilə mikserlə çalınır.

2. Yumurta əlavə olunur, yenə çalınır.

3. Qabartma tozu və hissə-hissə un əlavə olunur, qaşıqla yaxşı qarışdırılır.

4. Xəmir yoğrulur, formaya qoyulur, kənarları qaldırılır. Formanı 30 dəqiqə ərzində soyuducu saxlayın.

5. Kəsmik ələkdən sıxılır ki, daha yumşaq olsun. Xama, şəkər tozu, vanilli şəkər tozu, yumurta, nişasta, 1/2 limonun şirəsi əlavə olunur, mikserlə yaxşı çalınır.   

6. Şaftalının qabığı soyulur, 2 hissəyə bölünür, çəyirdəyi çıxarılır.

7. Formaya içlik tökülür, üzərinə şaftalı qoyulur.

8. Soba qabaqcadan 180 C qədər qızdırılır və piroq təxminən 1 saat ərzində bişirilir.

Nuş olsun!

Evdarliq.Az