Şokoladlı mannik. Dadlı, tez və sadə!

Tərkib:

- 1 stəkan manna yarması

- 1/3 stəkan kokos yonqarı

- 2 x.q. kakao-toz

- 3 yumurta

- 250 qr xama

- 1 stəkan şəkər tozu

- 1/2 ç.q. soda (söndürmək lazım deyil)

Hazırlanması:

1. Xamanı şəkər tozu ilə çalırıq. Çala-çala yumurta əlavə edirik (bir-bir).

2. Manna, kokos yonqarı və sodanı əlavə edirik, yaxşı qarışdırırıq.

3. Kakao əlavə edirik, qarışdırırıq.

4. Xəmiri 20 dəqiqə ərzində saxlayırıq.

5. Xəmiri ehtiyatla qarışdırırıq və perqament kağızı sərilmiş formaya qoyuruq.

6. Sobanı qabaqcadan 200 C qədər qızdırırıq və manniki 30 dəqiqə ərzində bişiririk.

7. Mannik soyuyandan sonra üzərinə şəkər pudrası səpirik.

Nuş olsun!

Evdarliq.az


.
.
Загрузка...