Şokoladlı ponçiklər

Şokoladlı-darçınlı ponçiklərin hazırlanma qaydasını təqdim edirik.

Tərkibi (8-10 pay):

- 250 ml qatıq

- 50 q şəkər pudrası

- 700 q un

- 1/4 st. isti su və ya süd

- 100 q əridilmiş kərə yağı

- 3 yumurta

- 7 q quru maya

- 1 çimdik duz

- 100 q südlü şokolad

- bitki yağı

- darçın

Hazırlanması:

1. Mayanı otaq temperaturunda olan qatıq, şəkər pudrası və su (süd) ilə qarışdırın. 10 dəqiqə saxlayın.

2. Yumurta, yağ, duz və unu əlavə edib xəmir yoğurun. Un daha az və ya çox tələb oluna bilər.

3. Xəmiri 1-1,5 saat isti  yerdə saxlayın.

4. Şokoladı xırdalayın.  

5. Gəlmiş xəmiri 5 mm qalınlıqda yayın. 5 sm diametrli dairələr kəsin. Hər birinin ortasına şokolad qoyub qıraqlarını yaxşıca bərkidin.  Ponçikləri şişməsi üçün 20-30 dəqiqə saxlayın.  

6. Bu müddətdən sonra tavada yağı qızdırın və ponçikləri qızardın.

7. Şəkər pudrasını darçınla qarışdırıb bir qədər soyumuş ponçiklərin üzərinə səpin.

Nuş olsun!

Milli.Az