Tərkib:
- 1 stəkan buğda unu
- 1/2 stəkan qarğıdalı unu
- 1 ç.q. qabartma tozu
- 1/2 ç.q. darçın
- 1 çimdik duz
- 180 qr kərə yağı
- 1 stəkan şəkər tozu + 2 x.q. üzərinə tökmək üçün
- 3 yumurta
- 1/2 stəkan qatıq
- 10-12 ədəd gavalı
Hazırlanması:
1. Buğda və qarğıdalı unu, qabartma tozu və duz birlikdə ələnir.
2. Kərə yağı şəkər tozu ilə yaxşı çalınır, bir-bir yumurta əlavə olunur, yenə çalınır.
3. Unlu qarışıq, qatıq əlavə olunur, yaxşı qarışdırılır.
4. Xəmiri formaya qoyun, üzərinə 2 yerə bölünmüş qavalı düzün.
5. 2 x.q. şəkər tozu 1/2 ç.q. darçınla qarışdırın, qavalının üzərinə səpin.
6. Sobanı 180-200 C qədər qızdırın, piroqu 45-50 dəqiqə ərzində bişirin.
Nuş olsun!
Evdarliq.az