Sadə şokoladlı peçenye

Tərkib:

- 500-600 qr un

- 1 çimdik duz

- 1 ç.q. qabartma tozu

- 2 x.q. kakao-toz

- 200 qr kərə yağı

- 200 qr şəkər tozu

- 100 qr şokolad

- 1 yumurta

- 1 paket vanilli şəkər tozu

Hazırlanması:

1. Yumşaq kərə yağı şəkər tozu və vanilli şəkər tozu ilə mikserlə yaxşı çalınır.

2. Ələnmiş un, qabartma tozu, duz və kakao ayrı qabda qarışdırılır.

3. Şokolad su hamamında əridilir, yağlı-şəkərli kütləyə əlavə olunur, yaxşı çalınır, yumurta əlavə olunur, yenə çalınır.

4. Xəmiri plyonkaya bükün və soyuducuda 1 saat saxlayın.

5. Xəmiri yayın, istənilən formada peçenyeləri kəsin.

6. Sobanı qabaqcadan 180 C qədər qızdırın, peçenyeləri tavaya perqament kağızın üzərinə düzün və 10-15 dəqiqə ərzində bişirin. Soyuyandan sonra peçenyenin üzərinə şəkər pudrasını səpmək olar.  

Nuş olsun!

Evdarliq.az



 

 

.