Tərkib:
- 150 qr kərə yağı
- 3 ədəd yumurta
- 150 qr şəkər tozu
- 1,5-2 stəkan un
- 2 ç.q. qabartma tozu
- 6 x.q. süd
- 1 paket vanilli şəkər tozu
- 200 qr albalı (çəyirdəksiz)
Hazırlanması:
1. Yumşaq kərə yağı şəkərlə qarışdırılır, bir-bir yumurta əlavə olunur, qarışdırılır.
2. Ələnmiş un, qabartma tozu, süd, şəkər tozu, vanilli şəkər tozu əlavə olunur, qarışdırılır.
3. Formaya xəmirin bir hissəsi, üzərinə albalı qoyulur, yenə xəmir və albalı. Üzərinə xəmir qoyulur.
4. Sobanı qabaqcadan 180-200 qədər qızdırırıq və keksi təxminən 45-50 dəqiqə ərzində bişiririk (sobadan asılıdır).
5. Keksi soyudun və üzərinə şəkər pudrasını səpin.
Nuş olsun!
Evdarliq.Az