Asan və ucuz çiyələkli mannik

Tərkib:

- 1 stəkan manna yarması

- 1 stəkan un

- 1 stəkan qatıq

- 1 stəkan şəkər tozu

- 1 yumurta

- 100 qr kərə yağı

- 1 stəkan çiyələk

- 1/2 ç.q. soda

- 1 çimdik duz

Hazırlanması:

1. Manna yarmasını qatığa tökün, 2 saat saxlayın ki, manna şişsin.

2. 2 saatdan sonra şəkər tozu, duz, çalınmış yumurta, soda (söndürmək lazım deyil) əlavə olunur, qarışdırılır.

3. Ərimiş kərə yağı əlavə olunur, qarışdırılır.

4. Hissə-hissə ələnmiş un əlavə olunur. Xəmir bir qədər duru olmalıdır.

5. Çiyələyi yuyun, qurulayın, tikələrə doğrayın, xəmirə əlavə edin, qarışdırın.

6. Formaya kağız sərin (silikon formaya kağız sərmək lazım deyil), xəmir qoyun.

7. Sobanı 180 C qədər qızdırın, manniki 30-40 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Evdarliq.Az


.
.
Загрузка...