Ərik qurusu ilə kəsmikli peçenye

Tərkib:

- 1 stəkan un

- 100 qr kərə yağı

- 200 qr kəsmik

- 1/2 stəkan şəkər tozu

- 1 çimdik duz

- 300 qr ərik qurusu

- 1 ç.q. qabartma tozu

Hazırlanması:

1. Kəsmiyi ələkdən sıxın, ələnmiş un, qabartma tozu, şəkər tozu, yumşalmış kərə yağı əlavə edin.

2. Qarışdırın, xəmiri yoğurun.

3. Ərik qurusunu yaxşı yuyun, üzərinə isti su tökün, yumşalana qədər saxlayın, xırda tikələrə doğrayın.

4. Xəmirdən tikələr kəsin, yastıladın, içinə ərik qurusu qoyun, bükün, sonra yastıladın.

5. Tavaya folqa sərin, peçenyeləri düzün.

6. Sobanı qabaqcadan 200 C qədər qızdırın, peçenyeni təxminən 20 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Evdarliq.Az


Загрузка...
. .