Şirniyyat

Gilasla dadlı piroq. Sadə resept

Tərkib:

- 300 qr qilas

- 1 stəkan un

- 1/2 stəkan şəkər tozu

- 100 qr kərə yağı

- 2 yumurta

- 1 ç.q. qabartma tozu

- şəkər pudrası (üzərinə səpmək üçün)

Hazırlanması

1. Yumşaq kərə yağı şəkər tozu ilə çalınır.

2. Yumurta çalınır, yağlı kütləyə əlavə olunur, qarışdırılır.

3. Un qabartma tozu ilə birlikdə ələnir. Kütləyə əlavə olunur, yaxşı qarışdırılır.

4. Formaya kərə yağı çəkin, bir az un səpin, xəmir qoyun, üzərinə çəyirdəkləri çıxarılmış qilas qoyun.

5. Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu təxminən 35-40 dəqiqə bişirin.

6. Piroqu soyudun, üzərinə şəkər pudrası səpin.

Nuş olsun!

Evdarliq.Az


.....

.
.

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика