Çox dadlı darçınlı keks

Keks çox asan və tez hazırlanır, çox dadlı alınır.

Tərkib:

- 200 qr kərə yağı

- 3 yumurta

- 1,5 stəkan şəkər tozu

- 1 ç.q. darçın

- 1 x.q. kakao

- 1/2 stəkan xama

- 1/2 ç.q. soda (limon şirəsi ilə söndürülür)

- 1,5 stəkan un

Hazırlanması:

1. Yumşaq yağa şəkər tozu, yumurta, darçın, limonla söndürülmüş soda, ələnmiş un, kakao, xama əlavə olunur, mikserlə yaxşı qarışdırılır.

2. Formanın dibinə kərə yağı çəkin, bir az manna yarması səpin, xəmir tökün.

3. Sobanı qabaqcadan 180 C qədər qızdırın və keksi 40-45 dəqiqə ərzində bişirin. Keksin hazır olub-olmamasını diş çöpü ilə yoxlayın.

4. Hazır keksi soyudun, üzərinə şəkər pudrası səpin.  

Nuş olsun!

Evdarliq.Az


.