Kəsmikli-çiyələkli piroq

Tərkib:

Xəmir:

- 2 stəkan un

- 200 qr kərə yağı (soyuq)

- 1 stəkan şəkər tozu

- 1 iri yumurta

- 1 paket qabartma tozu

- 1 çimdik duz

İçlik:

- 300-400 qr çiyələk

- 200 qr kəsmik

- 100 qr qatı xama

- 1 st şəkər tozu

- 1 yumurta

- 2 x.q. un

- 1 ç.q. vanilin

Hazırlanması:

1. Un qabartma tozu ilə birlikdə ələnir, doğranmış kərə yağı əlavə olunur, barmaqlarla yaxşı ovuşdurulur.

2. Yumurta, vanilin əlavə olunur, xəmir yoğrulur.

3. Xəmiri plyonkaya bükün və 40 dəqiqə soyuducuda saxlayın.

4. Çiyələyi yuyun, təmizləyin, qurudun.

5. İçlik: ələkdən sıxılmış kəsmik, xama, şəkər tozu, yumurta, un, vanilin mikserlə yaxşı çalınır.

6. Formaya xəmir qoyun, hamarlayın, qıraqları qaldırın.

7. Çiyələyi kiçik tikələrə doğrayın, xəmirin üzərinə qoyun, üzərinə içlik tökün.

8. Sobanı qabaqcadan 180 C qədər qızdırın və piroqu 40-45 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Evdarliq.Az   


Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

Son şərhlər  

#1 Samira 2016-05-29 10:58
Salam bundan bişirdim. Dadi yaxşidi amma içliyi yumuşaq qaldi. Ne qeder qoydum bişmeye berkimedi.ele olur yoxsa men neyise az tokmuşen?
Cavab yaz
#2 Nika 2016-06-24 13:18
Ici yumsaq olur. Men de bisirdim yumsaq qalir ici. Ciyelek bisende sulanir deye ondandir.
Cavab yaz

Yeməkdən dərhal sonra ÇAY içənlər mütləq baxsın! - VİDEO