Tərkib:
- 125 qr hazır şəkərli peçenye (məsələn, Yubileynoye)
- 50 ml süd
- 1 x.q. kakao-toz
- 50 qr kokos
- 50 qr kərə yağı
- 50 qr şəkər pudrası
Hazırlanması:
1. Peçenyeni blenderdə əzirik.
2. Kakao, süd əlavə edirik, yaxşı qarışdırırıq.
3. Şokoladlı kütləni plyonlanın üzərinə qoyuruq, yastıladırıq.
4. Kokos, yumşaq kərə yağı, şəkər pudrası yaxşı qarışdırılır, şokoladlı layın üzərinə qoyulur. 2 lay alınmalıdır - şokoladlı və kokoslu
5. Rulet şəklində bükürük, 1 saat soyuducuda saxlayırıq.
6. Ruleti tikələrə doğrayırıq.
Nuş olsun!
Evdarliq.Az