Çox dadlı, zərif və ətirli peçenyedir.
Tərkib:
- 300 qr çiyələk
- 100 qr kərə yağı
- 2 stəkan un
- 2 ç.q. qabartma tozu
- 1 stəkan şəkər tozu
- 250 qr qatı xama
- 1 çimdik duz
Hazırlanması:
1. Şəkər tozu yumşaq kərə yağı ilə qarışdırılır.
2. Un qabartma tozu ilə birlikdə ələnir, yağı-şəkərli kütləyə əlavə olunur, duz əlavə olunur, yaxşı qarışdırılır.
3. Kütləyə xama əlavə olunur, qarışdırılır.
4. Çiyələk yuyulur, təmizlənir, kiçik tikələrə doğranılır, xəmirə əlavə olunur, qarışdırılır.
5. Sobanı qabaqcadan 180 C qədər qızdırın.
6. Tavaya perqament kağızını sərin. Xəmirdən xörək qaşığı ilə götürüb tavanın üzərinə peçenyeləri düzün. Peçenyelərin arasında məsafə qalmalıdır.
7. Peçenye 20-25 dəqiqə ərzində bişirilir.
Nuş olsun!
Evdarliq.Az