Şokoladlı-kəsmikli piroq

Çox dadlı və ətirli piroqdur, tez hazırlanır və hər zaman yaxşı alınır.

Tərkib:

- 100 qr şokolad

- 200 kəsmik

- 150 qr kərə yağı

- 3 x.q. xama

- 4 ədəd yumurta

- 1 stəkan un

- 1 stəkan şəkər tozu

- 1 ç.q. qabartma tozu

- 1 paket vanilli şəkər tozu

Hazırlanması:

1. Şokolad və yağ su hamamında əridilir.

2. 3 ədəd yumurta 1/2 stəkan şəkər tozu ilə çalınır, şokoladlı kütlə əlavə olunur, yaxşı qarışdırılır.

3. Un qabartma tozu ilə ələnir, kütləyə əlavə olunur, xəmir yoğrulur.

4. İçlik: kəsmik, 2 x.q. un, 1 ədəd yumurta, 1/2 stəkan şəkər tozu, vanilli şəkər tozu, xama blenderdə qarışdırılır.

5. Formanın dibinə yağ çəkilir. Xəmirin yarısı qoyulur, üzərinə içlik və sonra xəmirin qalan yarısı qoyulur.

6. Soba qabaqcadan 180 C qədər qızdırılır, piroq təxminən 25 dəqiqə bişirilir.

Nuş olsun!

Evdarliq.Az