Xamalı kremlə ÇİYƏLƏKLİ TORT

Tərkib:

- 6 ədəd yumurta

- 1,5 stəkan şəkər tozu

- 2 stəkan un

- 1 ç.q. qabartma tozu

- 250 qr çiyələk

- 500 qr xama

- 1/2 stəkan şəkər pudrası

Hazırlanması

1. Yumurta mikserlə yaxşı çalınır, hissə-hissə şəkər tozu əlavə olunur, çalınır.

2. Un qabartma tozu ilə birlikdə ələnir, yumurtalı kütləyə əlavə olunur.

3. Kütlə ehtiyatla, aşağıdan yuxarıya doğru qarışdırılır.

4. Formanın dibinə yağ çəkin, un səpin, xəmir qoyun.

5. Sobanı qabaqcadan 180 C qədər qızdırın və təxminən 40 dəqiqə ərzində bişirin.

6. Biskviti tam soyudun.

7. Krem hazırlayırıq. Xamanı şəkər pudrası ilə mikserlə yaxşı çalırıq.

8. Çiyələyi yaxşı yuyuruq və nazik doğrayırıq.

9. Biskviti 2 hissəyə bölürük, aralarına əvvəl krem çəkirik, sonra çiyələk düzürük.

10. Biskvitin üzərinə və böyür hissələri krem çəkirik və tortun üzərini çiyələklə bəzəyirik.

Nuş olsun!

Evdarliq.Az


Загрузка...
. .