Çox dadlı və zərif peçenyedir.
Tərkib:
- 3 yumurtanın ağı
- 120 qr şəkər tozu
- 1 stəkan qoz-fındıq (qoz, fındıq, badam, keşyu və s. qarışdırılır və ya bir növ çərəz götürülür)
Hazırlanması:
1. Qoz-fındıq blenderdə xırdalanır.
2. Yumurtanın ağı təmiz quru qabda mikserlə çalınır. Hissə-hissə şəkər tozu əlavə olunur və yenə yaxşı çalınır. Kütlə xeyli artmalı və qatılaşmalıdır.
3. Kütləyə xırdalanmış qoz-fındıq əlavə olunur, aşağıdan yuxarıya doğru ehtiyatla qarışdırılır.
4. Tavaya perqament kağızı sərin və üzərinə qaşıqla peçenye qoyun. Peçenye çox iri olmamalıdır.
5. Sobanı qabaqcadan 140-150 C qədər qızdırın və 30-40 dəqiqə ərzində bişirin.
6. Peçenye tam soyuyanda ehtiyatla tavadan götürün.
Nuş olsun!
Evdarliq.Az