Tərkib:
- 2 stəkan un
- 100 qr kərə yağı
- 1/2 stəkan qatıq
- 2 ədəd yumurta
- stəkanın 3/4 hissəsi şəkər tozu
- stəkanın 3/4 hissəsi kişmiş
- 1/2 ç.q. soda
- 1 paket vanilli şəkər tozu
Hazırlanması:
1. Yumşaq kərə yağı şəkər tozu ilə mikserlə çalınır.
2. Bir-bir yumurta əlavə olunur, çalınır.
3. Qatıq, soda, kişmiş, ələnmiş un əlavə olunur, yaxşı qarışdırılır.
4. Formaya kağız sərin, xəmir qoyun.
5. Sobanı qabaqcadan 180-200 C qədər qızdırın və keksi 35-40 dəqiqə ərzində bişirin.
6. Hazır olduğunu diş çöpü ilə yoxlayın. (Xəmir diş çöpünə yapışmamalıdır.)
7. Keksi soyudun və üzərinə şəkər pudrası səpin.
Nuş olsun!
Evdarliq.Az