Şokoladlı bulkalar

Tərkib:

- 450 qr un

- 80 qr kərə yağı

- 1 ədəd yumurta

- 120 qr şəkər tozu

- 1,5 ç.q. quru maya

- 160 qr süd

- 1 çimdik duz

- şokoladlı pasta (içlik üçün)

- şəkər pudrası

- yumurta (bulkaların üzərinə çəkmək üçün)

Hazırlanması:

1. Maya ilıq süddə əridilir, 1 ç.q. şəkər tozu əlavə olunur, 15-20 dəqiqə ərzində isti yerdə qalır.

2. Şəkər tozu, duz, yumşalmış yağ, yumurta qarışdırılır, ələnmiş un və maya əlavə olunur, xəmir yoğrulur.

3. Xəmiri 1 saat ərzində isti yerdə saxlayırıq ki, qalxsın.

4. Xəmiri hissələrə bölürük, yastıladırıq, üzərinə 1 ç.q. içlik qoyuruq, bulkalar formasına salırıq.

5. Tavaya kərə yağı çəkirik, bulkaları düzürük (aralarında məsafə qalmalıdır), 20 dəqiqə saxlayırıq.

6. Bulkaların üzərinə çalınmış yumurta çəkirik.

7. Sobanı qabaqcadan 200 C qədər qızdırırıq və bulkaları təxminən 20 dəqiqə ərzində bişiririk.

8. Hazır bulkaları soyuduruq və üzərinə şəkər pudrası səpirik.

Nuş olsun!

Evdarliq.Az




loading...

Qaraciyərin sevimli içkisi - KİŞMİŞ SUYU