Vaflili tort. Tez və asan!

Asan və tez hazırlanan dadlı vaflili tort. Dükanlarda satılan tort üçün hazır vaflilərdən və ya evdə bişirilən vaflilərdən istifadə etmək olar.

Lazım olan məhsullar:

- 10 vaflili korj

- 1 banka "squşonka"

- 200 qr kərə yağı

- 1 paket vanilin

- 1 x.q kakao

Qlazur:

- 4 x.q. xama

- 4 x.q. şəkər tozu

- 2 x.q. kərə yağı

- 2 x.q. kakao

Hazırlanması:

1. Yumşaq kərə yağı ağarana qədər mikserlə çalınır, hissə-sissə "squşonka", vanilin, kakao əlavə olunur,  yaxşı çalınır.

2. Korjlara nazik layla krem çəkin.

3. Qlazur hazırlayırıq: inqrediyentləri qarışdırın, su hamamında qarışdıra-qarışdıra həmcins kütlə alınana qədər bişirin.  

4. Sonuncu korjun üzərinə və böyürlərinə krem və qlazur çəkin.

5. Tortu xırdalanmış qozla bəzəyin.

6. Tortu hazırladıqdan dərhal sonra yemək olar. Yumşaq vafli xoşlayırsınızsa, 20-30 dəqiqə gözləyin.

Nuş olsun!

Evdarliq.Az