İnqrediyentlər:
Xəmir üçün
- 2 stəkan un
- 200 qr xama
- 100 qr kərə yağı
- 1/2 stəkan şəkər tozu
- şəkər kirşanı ("pudra") - üzərinə səpmək üçün
İçlik üçün:
- 1 stəkan qoz
- 1 stəkan şəkər tozu
- 1 ç.q. darçın
İçlik üçün cem, kəsmik və s. istifadə etmək olar.
Hazırlanması:
1. Yumşaq kərə yağını çalın, hissə-hissə xama, şəkər tozu əlavə edin, yaxşı qarışdırın.
2. Ələnmiş un əlavə edin, yaxşı qarışdırın, xəmir yoğurun.
3. Qozu blenderlə əzin, şəkər tozu, darçın əlavə edin, yaxşı qarışdırın.
4. Xəmiri kiçk hissələrə bölün, hər hissəni yayın, üzərinə kərə ərinmiş yağı çəkin, ortasına içlik qoyun.
5. Xəmiri borucuqlar şəklində bükün, tavaya perqament kağızı sərin, üzərinə borucuqları düzün.
6. Sobanı qabaqcadan 180 C qədər qızdırın və şirniyatı 30 dəqiqə ərzində bişirin.
7. Hazır şirniyatı soyudun, üzərinə pudra səpin.
Nuş olsun!
Evdarliq.Az