Uşaqların əksəriyyəti vafli xoşlayır. Dükanlarda satılan vaflilərə marqarin və s. süni yağlar, müxtəlif kimyəvi aromatizatorlar, boyaq maddələri və s. əlavə olunur.
Ev şəraitində təbii məhsullardan çox dadlı vafli hazırlamaq olar. Bunun üçün sizə xüsusi "vafelnitsa" lazım olacaq.
İnqrediyentlər:
Xəmir üçün:
- 2 ədəd yumurta
- 1 banka qatılaşdırılmış süd ("squşonka")
- 200 qr kərə yağı
- 1 stəkan kartof nişastası
- 1 stəkan un
- yarım ç.q soda
Krem üçün:
- 1 banka qatılaşdırılmış bişmiş süd ("squşonka")
- 200 kərə yağı
- 1 paket vanilli şəkər tozu
Hazırlanması:
1. Yumurta, "squşonka", soda qarışdırılır.
2. Kərə yağı əridilir və kütləyə əlavə olunur, yaxşı qarışdırılır.
3. Nişasta və un ələnir, kütləyə əlavə olunur, yaxşı qarışdırılır.
4. "Vaflnitsa"nı qızdırın, kərə yağı çəkin (teflon örtüyü olduqda yağ çəkilmir), xəmir tökün və vafli bişirin.
5. Hazır vafliləri isti halda borucuk şəklində bükün.
6. Krem hazırlayırıq. Yumşaq kərə yağı mikserlə yaxşı çalınır, hissə-hissə "squşonka", vanilli şəkər tozu əlavə olunur, çalınır.
7. Xüsusi qənnadı torbaya və ya şprisə krem doldururuq və borucuqlara hər 2 tərəfdən sıxırıq.
Nuş olsun!
Evdarliq.Az