Almalı-qozlu piroq ŞARLOTKA

Şarlotka piroqunun reseptləri olduqca çoxdur. Bu şarlotkanın ən dadlı variantlarından biridir.

İnqrediyentlər:

- 4 ədəd yumurta

- 1 banka qatılaşdırılmış süd ("squşonka")

- 1 ç.q. qabartma tozu

- 1 stəkan un

- 4-5 ədəd alma (orta ölçüdə)

- 2 x.q. qoz

- 2 x.q. kişmiş

- 1 ç.q. darçın.

Hazırlanması:

1. Yumurta "squşonka" ilə birlikdə yaxşı çalınır.

2. Un qabartma tozu ilə birlikdə ələnir, yumurtalı kütləyə əlavə olunur, yaxşı qarışdırılır.

3. Almalar qabıqlardan və çəyirdəklərdən təmizlənir və doğranılır.

4. Qoz doğranılır, üzüm təmizlənir və yuyulur.

5. Formaya perqament kağızı sərin, üzərinə alma, qoz, kişmiş düzün, darçın səpin.

6. Üzərinə xəmir tökün.

7. Sobanı qabaqcadan 180-190 C qədər qızdırın və piroqu 30-40 dəqiqə ərzində bişirin.

8. Hazır piroqun üzərinə pudra səpmək olar.

Nuş olsun!

Evdarliq.Az


.