Ballı kekslər

Çox dadlı ətirli şirniyyatdır. Tez və asan hazırlanır.

İnqrediyentlər:

- 250 ml ilıq su

- 2 x.q. bal

- 1/2 stəkan şəkər tozu

- 1/2 stəkan bitki yağı (iysiz)

- 1,5-2 stəkan un

- 1,5 ç.q. soda

- 1 ovuc kişmiş

- 1 çimdik duz

Hazırlanması:

1. İlıq su, bal, şəkər tozu, duz, bitki yağı yaxşı qarışdırılır.

2. Kütləyə soda ilə birlikdə ələnmiş un əlavə olunur, yaxşı qarışdırılır.  

3. Xəmirə kişmiş əlavə olunur, qarışdırılır.

4. Keksləri silikon formalara 2/3 hissəsinə qədər tökün.

5. Sobanı qabaqcadan 200 C qədər qızdırın və keksləri 20 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Evdarliq.Az


Загрузка...
. .