Şirniyyat

Ətirli sitruslu piroq

İnqrediyentlər:

- 100 ml süd

- 1 x.q. quru maya

- 200 qr kərə yağı

- 1,5 stəkan şəkər tozu (1 stəkan - içlik, 1/2 stəkan - xəmir üçün)

- 1/2 ç.q. duz

- 3 st. un

- 1 limon

- 1 portağal

- 2 x.q manna yarması

Hazırlanması:

1. Yumşaq kərə yağı ilə un qarışdırılır (ovuntu kimi alınmalıdır).

2. İlıq südə maya və 2 ç.q. şəkər tozu əlavə edin, qarışdırın.

3. Unlu-yağlı kütləyə südlə mayanı, qalan şəkər tozu və duz əlavə edin, yaxşı qarışdırın, xəmir yoğurun və 30 dəqiqə soyuducuda saxlayın.

4.  İçlik üçün limonun və portağalın qabıqlarını nazik soyun, 2 hissəyə bölün, çəyirdəkləri çıxardın və blenderdə əzin, şəkər tozu və manna yarmasını əlavə edin, qarışdırın. 15-20 dəqiqə gözləyin ki, manna yarması şişsin.

5. Xəmiri 2 hissəyə bölün.

6. Formaya kərə yağı çəkin, üzərinə xəmir qoyun.

7. Xəmirin üzərinə içlik qoyun, hamarlayın və üzərinə xəmirin ikinci hissəsini qoyun.

8. Piroqun üzərini çəngəllə bir neçə yerdən deşin.

9. Sobanı qabaqcadan 180 C qədər qızdırın və piroqu 40-50 dəqiqə ərzində bişirin.   

10. Piroq soyuyandan sonra üzərinə şəkər kirşanı (pudra) vurmaq olar.

Nuş olsun!

Evdarliq.Az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика