Tənbəl gəlin piroqu

Çox tez hazırlanan piroqdur.

İnqrediyentlər:

- 1 stəkan qatıq

- 1 stəkan qatı mürəbbə və ya cem

- 1 stəkan şəkər tozu

- 2 ç.q. soda + sirkə

- 1 yumurta

- 50 qr bitki yağı

- 3 stəkan un

- 2 paket vanilli şəkər tozu

Hazırlanması:

1. Yumurtanı şəkər tozu və vanilli şəkər tozu ilə çalırıq.

2. Ələnmiş un əlavə edirik, yaxşı qarışdırırıq.

3. Qatıq, mürəbbə əlavə edirik, qarışdırırıq.

4. Sodanı sirkə ilə sondürürük, xəmirə əlavə edirik.

5. Yağ əlavə edirik, yaxşı qarışdırırıq. Qatı xama kimi alınmalıdır.

6. Tavaya kərə yağı çəkin, un səpin və xəmir tökün.

7. Sobanı qabaqcadan 180-200 C qədər qızdırın və piroqu 30-40 dəqiqə bişirin.

8. Piroqun hazır olub-olmadığını quru diş çöpü ilə yoxlayın.

9. Piroqu soyudun və üzərinə şəkər kirşanı (pudra) səpin.

Nuş olsun!

Evdarliq.Az



 

 

.