Cemli bulkalar

İnqrediyentlər:

Xəmir üçün:

- 200 ml süd

- 50 qr kərə yağı

- 1 yumurta

- 3 x.q. şəkər tozu

- 1 paket vanilli şəkər tozu

- 1 ç.q. maya

- 3 x.q. bitki yağı

- 2-2,5 st un

- 1/2 ç.q. duz

İçlik:

- cem

Üstünə çəkmək üçün:  

- 1 yumurta

- 1 x.q. kərə yağı

- 1 x.q. şəkər tozu

- 2-3 x.q un

Hazırlanması:

1. İlıq süddə mayanı əridin, 1 ç.q. şəkər tozu, 2-3 x.q. un əlavə edin, qarışdırın, 10 dəqiqə isti yerdə saxlayın.

2. Kərə yağını əridin, yumurta, şəkər tozu, vanil, duz, bitki yağı əlavə edin, yaxşı qarışdırın. Bu qarışığı südlə mayanın qarışığına əlavə edin, ələnmiş un tökün, 2 dəqiqə əzrində xəmir yoğurun.

3. Xəmiri bitki yağı çəkilmiş qazana qoyun, qapaqla örtünü, 1-1,5 saat ərzində isti yerdə saxlayın.

4. Xəmir gələndə, 11-12 kürəciyə bölün.

5. Tavaya kərə yağı çəkin. Kürəcikləri yayın, mərkəzinə 1 ç.q. cem qoyun, bulka şəklinə salın.

6. Bulkaları tikişləri aşağı olmaqla tavaya düzün (aralarında məsafə qalmalıdır), böyürlərinə fırça ilə bir qədər bitki yağı çəkin.

7. Tavanı plyonka ilə bağlayın və 20 dəqiqə saxlayın.

8. Kasada 1 x.q. kərə yağı, 1 x.q. şəkər tozu, 2-3 x.q. un barmaqlarınızla ovun. Narın ovuntu alınmalıdır.

9. Bulkaların üzərinə yumurta çəkin, ovuntu tökün.

10. Sobanı qabaqcadan 200 C qədər qızdırın və bulkaları qızılı rəng alana qədər bişirin.

11. Formada soyudun və ayrı-ayrı bulkalara bölün.  

Nuş olsun!

Evdarliq.Az


Загрузка...
..