Kəsmikli ponçiklər

İnqrediyentlər:

- 500 qr kəsmik

- 3 ədəd yumurta

- 1,5 st. un

- 6 x.q. şəkər tozu

- 1/2 ç.q. soda

- şəkər kirşanı ("pudra")

- manna yarması

- bitki yağı

Hazırlanması:
1.
Kəsmiyi sücgəcdən sıxırıq ki, daha yumşq və zərif olsun.

2. Kəsmiyə yumurta, şəkər tozu, ələnmiş un, soda əlavə edirik, yaxşı qarışdırırıq, xəmir yoğururuq.

3. Dərin doşqaba manna yarmasını tökürük, xəmirdən çay qaşığı ilə götürüb, manna yarmasına batırırıq, kürəciklər formasına salırıq.

4. Bitki yağını yaxşı qızdırırıq və ponçikləri qızardırıq.

5. Ponçiklər soyanda üzərinə pudra səpirik.

Nuş olsun!

Evdarliq.Az


Загрузка...
. .