Zərif QOZLU TORT

İnqrediyentlər:

Xəmir üçün:

- 2 stəkan un

- 2 ədəd yumurta

- 1 stəkan şəkər tozu

- 1/2 stəkan xama

- 1/2 ç.q. soda

Krem üçün

- 1 banka qatılaşdırılmış süd ("squşonka")

- 200 qr kərə yağı

- 3 ç.q. kakao-toz

- vanilin

- 1 stəkan qoz

Hazırlanması:

1. Yumurta şəkər tozu ilə yaxşı çalınır.

2. Xama, blenderlə xırdalanmış 1/2 stəkan qoz, soda, ələnmiş un əlavə olunur, yaxşı qarışdırılır.

3. Yumurtalı-şəkərli kütlə əlavə olunur, yaxşı qarışdırılır.

4. Tavaya kərə yağı çəkilir, xəmir qoyulur.

5. Sobanı qabaqcadan 180 C qədər qızdırın və 30-35 dəqiqə ərzində bişirin.

6. Korju soyudun və 2 hissəyə bölün, aşağı hissə yuxarı hissəsindən 1 sm daha nazik olmalıdır.

7. Yuxarı hissəsini ovun, 1/2 stəkan qozu xırdalayın.

8. Kərə yağını ağarana qədər yaxşı çalın, hissə-hissə qatılaşdırılmış süd əlavə edin, çalın, sonda kakao-toz və vanilin əlavə edin, yaxşı qarışdırın.

9. Tortun aşağı hissəsinə nazik qatla krem çəkin, üzərinə qoz səpin.

10. Qalan kremi korjun ovuntuları ilə və qozla yaxşı qarışdırın.

11. Qarışığı korjun üzərində qoyun, hamarlayın və tortu 2 saat ərzində soyuducuda saxlayın.

12. Hazır tortu qozla, şokoladla və s. bəzəmək olar.

Nuş olsun!

Evdarliq.Az


Загрузка...
. .