Manna yarması ilə zərif kəsmikli piroq

Manna yarması piroqu çox zərif və kövrək edir.

İnqrediyentlər:

- 1 stəkan manna yarması

- 1 stəkan şəkər tozu

- 300 qr yumşaq kəsmik

- 100 qr xama

- 3 ədəd yumurta

- 1 ç.q. qabarta tozu

- 1 paket vanilin

Hazırlanması:

1. Kəsmiyi ələkdən sıxın ki, yumşaq olsun.

2. Kəsmiyi yumurta sarısı, xama, şəkər tozu və vanilli şəkər tozu ilə yaxşı qarışdırın.

3. Manna yarmasını qabartma tozu ilə qarışdırın və kütləyə əlavə edin.

4. Yumurta ağını mikserlə yaxşı çalın və xəmirə əlavə edib qaşıqla ehtiyatla qarışdırın.

5. Formaya kərə yağı çəkin, xəmiri qoyun.

6. Sobanı qabaqcadan 180 C qədər qızdırın və piroqu təxminən 45-55 dəqiqə ərzində bişirin. Hazır olmasını quru diş çöpü ilə yoxlayın.

7. Hazır piroqun üzərinə şəkər kirşanı ("pudra") səpmək olar.

Nuş olsun!

Evdarliq.Az