Darçınlı maffinlər

Çox dadlı, ətirli və yüngül şirniyyatdır.

İnqrediyentlər:

- 240 qr un

- 1,5 ç.q. darçın

- 1 bağlama qabartma tozu

- 1 ədəd yumurta

- 130 qr şəkər tozu

- 80 ml bitki yağı (iysiz)

- 260 qr süd

- 4 x.q. qatı mürəbbə

Hazırlanması:

1. Un, 1/2 ç.q. darçın, qabartma tozu birlikdə ələnir, yaxşı qarışdırılır.

2. Yumurta ayrı qabda bir qədər çalınır, 90 qr şəkər tozu, bitki yağı, süd əlavə olunur, bir qədər çalınır.

3. Quru kütləni yumurtalı-şəkərli kütlə ilə yaxşı qarışdırın.

4. Sobanı qabaqcadan 180 C qədər qızdırın.

5. 1 x.q. xəmiri keks üçün formalara qoyun, üzərinə 1 ç.q. mürəbbə, üzərinə yenə 1 x.q xəmir qoyun ki, mürəbbənin üzərini örtsün.

6. 1 ç.q. darçını 40 qr şəkərlə qarışdırın, maffinlərin üzərinə səpin, sobaya qoyun, 20-25 dəqiqə ərzində bişirin. Hazır olmasını quru diş çöpü ilə yoxlayın.

Nuş olsun!

Evdarliq.Az



 

 

.