Şirniyyat

Almalı bulka

Tərkibi:

xəmir:

- 20 q yaş maya

- 2-3 x.q. şəkər tozu

- 1 qəhvə qaşığı duz

- 2 st. süd (artıq da ola bilər)

- 50 q ərinmiş kərə yağı

- 2-3 x.q. zeytun yağı

- 1 yumurta

- 3-3,5 st. un

- vanil

- 2 x.q. təzə alma şirəsi

iç:

- 2-3 alma

- limon şirəsi

- 1 x.q. darçın

- 0,5 st. şəkər tozu

Hazırlanması:

1. Mayanı  1 qaşıq şəkər tozu və azacıq unla süddə əridin. İsti yerə qoyub 15-20 dəqiqə şişməsini gözləyin.

2. Unu ələyin, baratanı (qalxmış mayanı), yumurta, şəkər tozu, duz, ədviyyat əlavə edin, süd, ərinmiş yağ qataraq taxta qaşıqla qarışdırın, sonra zeytun yağı əlavə edərək əlinizlə yoğurun. Əldən ayrılıb elastik xəmir alınanadək yoğurun. Üzərinə dəsmal çəkib 1 saat saxlayın.

3. Almaları təmizləyib xırda kubik doğrayın, üzərinə limon şirəsi gəzdirin.

4. 1 x.q. darçın və yarım stəkan şəkər tozunu qarışdırın.

5. Xəmiri 6 yerə bölün.

6. Kündəni dördbucaqlı formasında yayın, almanı bərabər yayın, üzərinə darçın-şəkər tozu qarışığını səpin. Rulet kimi bükün, sonra isə bu ruleti spiral kimi bükün. Formanın içinə "tikişi" altda olmaqla düzün.

7. 5 kündəni bu qaydada hazırlayıb formanın içində yanaşı düzün, orta boş qalsın.

8. 6-cı kündəni uzun nazik şərid kimi yayın. Almanı napnazik dilimlərə doğrayın. Xəmirin üzərinə bir-birinin üstünə çıxmaqla düzün, üzərinə darçınlı şəkər tozu səpin. Xəmiri rulet kimi bükün ("qızılgül" alınacaq), formanın ortasına yerləşdirin.

9. 30 dəqiqə saxlayın. Üzərinə yumurta çəkib xaş-xaş səpin. Sobada 1 saat bişirin. Bu müddətdən az bişirsəniz, içi bişməyəcək. Bişməyə başlayandın 30-40 dəqiqə sonra, ortası çox qızararsa, üzərinə folqa çəkib bişirməyə davam edin.

10. Bişmiş bulkaları şəbəkənin üzərində soyudun.

Nuş olsun!

Milli.Az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика