Braziliya şokoladlı keks

Bu, Braziliya və Portuqaliyada məşhur olan keks reseptidir.

Deyirlər ki, Braziliyada quldarlıq zamanında bir afrikalı kölə qadın San-Pauluda varlı ailənin aşpazlığını edirmiş. Bir dəfə adi "ağ" buğda keksi hazırlayırmış, təsadüfən əlindəki kakao tozu xəmir ləyəninə tökülür. Əvvəlcə qadın qorxur, sonra qərara alır ki, elə kakaoyla bişirsin. Nəticəni isə hər kəs bəyənir. Qadın portuqal dilini bilmirmiş. Dilini anlamadıqlarından ona Nega Maluca - "dəli", "ağılsız" deyirmişlər. Elə keksin adı da belə qalıb.

Ənənəvi olaraq "Nega Maluca"nın üzərinə şokoladlı qlazur, yaxud da "briqadeyro" kremi çəkirlər.

Tərkibi:

xəmir:

- 4 yumurta

- 1,5 fincan şəkər tozu

- 2 fincan un

- 1 fincan qoxusuz bitki yağı

- 1 fincan kakao

- 1 fincan qaynar su

- 1 x.q. qabartma tozu

Şokoladlı krem:

- 1/2 banka (195 q) qatılaşdırılmış süd

- 6 x.q. kakao

- 6 x.q. süd

- 1 x.q. kərə yağı

(fincan = 240 ml)

1. Sobanı 180 dərəcə qızdırın.

2. 20x30 sm ölçülü düzbucaqlı formanı yağlayıb un səpin.

3. Şəkər tozu, ələnmiş un, kakao, duz və kərə yağı qarışdırılır. Qaynayan su əlavə edib qarışdırın, yumurta, qabartma tozu əlavə edib eynicinsli kütlə alınanadək qarışdırın.

4. Xəmiri hazırladığınız formaya töküb qaşıqla üzərini hamarlayın. Sobada 40 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit və ya diş çöpüylə yoxlayın. Soyudub formadan çıxarın.

5. Şokoladlı krem: krem üçün göstərilən bütün ərzağı qarışdırıb ocağın üstünə qoyun. Daim qarışdıraraq qatılaşanadək bişirin. Hazır keksin üzərinə çəkin.
 
Nuş olsun!

Milli.Az


Загрузка...
. .