QOZLU BEZE tortu

İnqrediyentlər:

- 6 yumurta

 - 400 qr şəkər kirşanı ("pudrası")

- 150 qr qoz

- 1 banka qatılaşdırılmış süd ("squşonka")

- 230 qr kərə yağı

- 1 paket vanilli şəkər tozu

Hazırlanması:

1. Yumurta ağını çalın, qarışdıra-qarışdıra hissə-hissə şəkər kirşanı tökün, yaxşı çalın.

2. Alınmış kütləni 2 hissəyə bölün.

3. Tavaya xüsusi kağız sərin, yumurtalı kütləni tökün və korjları qabaqcadan 110 C qədər qızdırılmış sobada 1,5 saat ərzində bişirin.

4. Krem hazırlayırıq. Yumşaq kərə yağını mikserlə çalın, hissə-hissə "squşonka" və vanilli şəkər tozunu  əlavə edin, çalın.  

5. Qozu doğrayın.

6. Hazır korjun üzərinə krem çəkin, doğranmış qoz səpin, üzərinə 2-ci korj qoyun, üzərinə və böyürlərinə krem çəkin və qoz səpin. Korjlar çox zərifdir və tez qırılır. Ehtiyatlı olun.

7. Tortu 3-4 saat saxlayın və sonra masaya verin.

8. Tortun üzərini zövqünüzə görə bəzəyə bilərsiniz. 

Nuş olsun!

Evdarliq.az


.
.
Загрузка...